22 fevral 2025 19:19
103

Tıxlıda “Range Rover” yanıb

Xızı rayonunun Tıxlı kəndində “Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.