Misli Premyer Liqasının 24-cü turunda “Qarabağ” “Sabah”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, oyunun 17-ci dəqiqəsində Abdullah Zubir hesabı açıb.
35-ci dəqiqədə Cesse Sekidika “Sabah”ın bərabərlik qolunu vurub.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
XXIV tur
22 fevral (şənbə)
19:00. “Qarabağ” 1-1 “Sabah”
Qol: Abdullah Zubir, 17 (1-0), Cesse Sekidika, 35 (1-1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tofiq Bəhramov adına Respublika Stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”