23 fevral 2025 11:38
91

Roma Papasının vəziyyəti kritikdir

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Roma Papası Fransiskə qan köçürülüb, vəziyyəti ağırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

“Papa Fransiskin vəziyyəti kritik olaraq qalır. Uzun sürən astmatik tənəffüs böhranı üçün tibbi yardıma ehtiyac duyub. Onda tombositopeniya aşkar edildiyindən qanköçürmə tələb olunub”, - məlumatda deyilir.