Təbrizin "Traktor" klubu İran çempionatında növbəti oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 20-ci turda öz meydanında "Keybar Xurrambada"la qarşılaşıb. Oyun "Traktor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 46-cı dəqiqədə Domaqoy Drozdek vurub.
Cənubi Azərbaycan təmsilçisi hazırda 44 xalla liderdir. "Sepanah" 43 xalla 2-ci, "Persepolis" 38 xalla 3-cüdür.