23 fevral 2025 13:33
105

Almaniyada Bundestaq üçün erkən seçkilər keçirilir

Almaniyada Bundestaq (parlament) üçün erkən seçkilər bu gün başlayıb.

“İki sahil” xəbər verir ki, yerli vaxtla saat 08:00-da ölkə üzrə seçki məntəqələri açılıb.

Bundestaqda 630 yer uğrunda ümumilikdə 4506 namizəd mübarizə aparacaq, onların təxminən üçdə biri qadınlardır. Ölkənin təxminən 59,2 milyon sakini səsvermə hüququna malikdir və onlar parlamentin gələcək tərkibini müəyyən edəcəklər. Seçkilərdən sonra Bundestaqda mandatların bölgüsü əsasında yeni kanslerin rəhbərlik edəcəyi yeni hökumət formalaşacaq.

Federal Seçki Komissiyası əvvəlcə 41 partiyanın iştirakına icazə vermiş olsa da, bu seçkilərdə 29 partiya iştirak edəcək.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-a qədər açıq olacaq.