23 fevral 2025 19:02
105

Ukrayna XİN başçısı: Volodimir Zelenski 2025-ci ildə ədalətli sülhə nail olmağı qarşısına məqsəd qoyur

Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ildə tammiqyaslı müharibədə ədalətli sülhə nail olmağı qarşısına məqsəd qoyur.

“İki sahil” xəbər verir ki, AZƏRTAC-ın “Ukrayna. 2025-ci il” Forumunda iştirak edən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu tədbirdə çıxışı zamanı Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa söyləyib.

Sibiqa bildirib ki, Ukraynanın bu il müharibəni bitirmək şansı var.

“Bu çətin və keşməkeşli dövrdə şans var. Biz tərəfdaşlarımıza deyirik ki, bu gün diplomatik təhlükəsizlik kəmərlərimizi bağlamaq vaxtıdır. Emosiyalara təslim olmamalıyıq. Ukrayna Prezidentinin qarşıya vəzifə qoyduğu kimi, bu il ədalətli sülhə nail olmaq və bu müharibəyə son qoymaq məqsədilə diplomatik xidmət maksimum səfərbər edilməlidir”, - deyə XİN başçısı əlavə edib.