UEFA-nın prezidenti Aleksander Çeferin hesab edir ki, Çempionlar Liqasının yeni formatı artıq effektivliyini göstərib.
“İki sahil” "Delo" nəşrinə istinadən xəbər verir ki, o, bu haqda deyib:
"Mən ancaq müsbət rəylər eşitmişəm. Əvvəlcə çoxlu tənqidlər var idi. Bu, dəyişikliklər olanda həmişə baş verir. Hesab edirəm ki, hazırda insanların 99 faizi ÇL-in yeni formatından razıdır. Turnirin nəticələri daha gözlənilməz oldu. Son ana qədər bilinmirdi, kim növbəti mərhələyə adlayacaq. Bu, ümumi uğurdur. Çempionlar Liqasının qiymətləndirilməsi yüksəkdir. Hər üç turnir uğurludur, Avropa Liqası və Konfrans Liqası daxil olmaqla.
Sponsorlar şaddırlar ki, bütün turnirlərdə daha çox komandalar iştirak edirlər. İndi onlar UEFA-ya yarışlarına daha çox qoşulmaq və sərmayə etmək istəyirlər. Bu, matçları göstərən televiziya və digər yayımçılara da şamil olunur".
Qeyd edək ki, sözügedən turnirlər bu mövsümdən etibarən yeni formatda keçirilir.