ABŞ və Polşa prezidentləri Donald Tramp və Anjey Duda arasında görüş planlaşdırılan saat əvəzinə “bir neçə dəqiqə” davam edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Notes from Poland” portalı məlumat yayıb.
Qeyd edilib ki, görüş Vaşinqton yaxınlığındakı Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı çərçivəsində baş tutub.
“Əvvəlcə danışıqların bir saat davam etməsi planlaşdırılırdı. Lakin Tramp tədbirə gecikdi. Amerika liderinin çıxışı planlaşdırıldığı üçün görüş “bir neçə dəqiqə” davam etdi” - portalda yazılıb.
Bildirilib ki, Duda Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra onunla görüşən ilk Avropa lideri olub. Trampın bu həftə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşəcəyi gözlənilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”