Almaniya kansleri Olaf Şotls mühafizəkar XDİ/XSİ blokundan kanslerliyə namizəd olan Fridrix Mersi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" yazıb.
"Seçkilərin nəticələrinə görə sizi təbrik edirəm", - deyə O.Şolts bildirib.
F.Mers, həmçinin XDİ/XSİ blokunun qələbəsini elan etdi. “Biz 2025-ci il federal seçkilərində qalib gəldik”, o, XDİ-nin Berlindəki ofisində çıxışı zamanı deyib. O bildirib ki, indi tez bir zamanda koalisiya hökuməti qurmaq lazımdır.