24 fevral 2025 00:23
83

Vatikan: Papanın vəziyyəti ağır olaraq qalır

"Papanın vəziyyəti kritik olaraq qalır, lakin o, dünən gecədən bəri daha heç bir tənəffüs tutması keçirməyib".

İki sahil” İHA-ya istinadla xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.

Qeyd edilib ki, qan testlərinin hal-hazırda nəzarət altında olan yüngül böyrək çatışmazlığını göstərir. Əlavə edilib ki, klinik mənzərənin mürəkkəbliyi və dərman müalicəsinin təsirini göstərmək üçün tələb olunan vaxt nəzərə alınmaqla, bərpa prosesi qeyri-müəyyəndir.

Vatikan Papanın şüurunun yerində olduğunu bildirib və əlavə edib ki, o, burnunun altına yerləşdirilən boru vasitəsilə "yüksək axınlı oksigen terapiyası" alır.

Xatırladaq ki, Papa Fransisk fevralın 14-də nəfəs almaqda çətinlik çəkərək Gemelli xəstəxanasına yerləşdirilib və ona pnevmoniya diaqnozu qoyulub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”