24 fevral 2025 00:43
100

Rusiyanın xarici işlər naziri Türkiyəyə səfərə gəlib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gəlib.

“İki sahil” xəbər verir ki, Rusiya diplomatik missiyasının rəhbərinin təyyarəsi Türkiyə paytaxtı Ankaranın hava limanına enib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha əvvəl jurnalistlərə verdiyi məlumata əsasən, Türkiyədəki danışıqlar zamanı Sergey Lavrov beynəlxalq, regional və ikitərəfli gündəliyə dair geniş mövzuları müzakirə edəcək.