24 fevral 2025 01:01
91

Tramp Almaniyadakı seçkinin nəticəsini dəyərləndirdi

ABŞ prezidenti Donald Tramp “Truth social” platformasında Almaniyada keçirilən seçkilərin nəticələrinə münasibət bildirib.

İki sahil” xəbər verir ki, Almaniya xalqının da ABŞ kimi uzun illərdir hökm sürən, xüsusilə enerji və immiqrasiya mövzusunda sağlam düşüncədən məhrum olan gündəmdən bezdiyini qeyd edən Tramp, "Bu gün Almaniya və ABŞ üçün Donald Tramp adlı cənabın liderliyində böyük bir gündür" – deyə qeyd edib.

O, paylaşımında yazıb: "Hər kəsi təbrik edirəm. Daha çox qələbələr gözləyirik".

Almaniyada keçirilən növbədənkənar ümumi seçkilərdə Xristian Birlik partiyalarının (CDU/CSU) kansler namizədi Fridrix Merz birinci yerə çıxıb və qələbəsini elan edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”