26 fevral 2025 16:21
108

QHT-lərin siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz - Kobaxidze

QHT-lərin siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz, müxalifət sanksiyalar məsələsində geri çəkilməyə məcbur oldu.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib,

O, qeyd edib ki, qeyri-hökumət təşkilatlarının (QHT) xarici maliyyə mənbələri vasitəsilə ölkənin daxili siyasətinə müdaxilə etmələri yolverilməzdir.

O, ABŞ-nin FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun Gürcüstanda analoqunun qəbul edilməsinin alternativsiz olduğunu vurğulayıb:  “ABŞ hökuməti etiraf edib ki, USAID, NED və digər mexanizmlər müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda sabitliyi pozmaq üçün istifadə olunub. Belə şəraitdə QHT-lərin fəaliyyətində tam şəffaflığın təmin edilməsi vacibdir. Onların xarici maliyyələşmə vasitəsilə siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz.”

Kobaxidzenin sözlərinə görə, ölkənin daxili işlərinə xarici təsirlərin qarşısını almaq üçün bu qanunun qəbulu zəruridir.