26 fevral 2025 17:15
115

Paşinyanın mətbuat katibinin evi qarət olunub

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın mənzili qarət edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib. Mənzildən külli miqdarda pul oğurlanıb.

Nəşrin məlumatına görə, ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları soyğunda iştirak etdikləri iddia olunan bir qrup şəxsi saxlayıblar.

Qeyd edilib ki, saxlanılan şəxslər paytaxt və regionlarda digər məmurların da evlərini qarət ediblər.