İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Arne Slot iki oyunluq diskvalifikasiya edilib.
“İki sahil” İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadla xəbər verir ki, buna 46 yaşlı mütəxəssisin Premyer Liqada “Everton”la XV turdan təxirə salınmış matçdan (2:2) sonra hakimlərə qarşı qeyri-adekvat davranışı və təhqiredici ifadələr səsləndirməsi səbəb olub. Qurum, həmçinin günahını etiraf edən niderlandlı çalışdırıcını təxminən 80 min avro cərimələyib.
Qeyd edək ki, qarşılaşmanın final fitindən sonra meydanda kütləvi dava düşüb.