Türkiyənin "Fənərbağça" komandası futbolçusu Edin Ceko ilə müqavilənin müddətini uzadacaq.
“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul nəhəngi 38 yaşlı hücumçuya 1 illik yeni sözləşmə təklif edib.
Oyunçunun hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Klub rəhbərliyi yaxın günlərdə Bosniya və Herseqovinadan olan futbolçunun agenti Alessandro Lussi ilə görüşəcək.
Qeyd edək ki, Edin Ceko "Fənərbağça"nın heyətində bu mövsüm 38 matçda 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.