Bakıda daha 2 nəfər texniki spirtdən zəhərlənərək ölüb.
“İki sahil” Lent.az-a istinadla xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb.
Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 53 yaşlı A. İsayev etil spirtindən zəhərlənərək ölüblər.
Qeyd edək ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb. Məsələ ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.