26 fevral 2025 19:23
124

Biləsuvarda "Kalaşnikov" avtomatı aşkarlanıb

Biləsuvar rayonunda "Kalaşnikov" avtomatı aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndinin ərazisində bağlamanın içərisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AKM-74 markalı avtomat, 59 ədəd patron darağı və 2 003 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.