26 fevral 2025 18:20
113

Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib

Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) fevralın 26-da vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb.

Bu barədə "İki sahil"ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, vakant vəzifələrin tutulması üçün keçirilən müsahibədə 16 namizəddən biri iştirak etməyib:

"Digər 15 nəfərdən yeddisi müsahibədən keçib, səkkizi isə zəruri keçid balını toplaya bilməyib". 

Bununla da Şəki və Şirvandakı bəzi məscidlərə yeni din xadimləri seçilib.