ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna prezidenti Volodimir Zelenski ilə cümə günü Ağ Evdə apardığı danışıqlardan sonra Ukraynaya dolayı dəstəyi belə dayandıra bilər.
“İki sahil” xəbər verir ki, bu barədə “New York Times” yazıb.
Nəşrin yazdığına görə, Oval kabinetdəki tamaşadan sonra Tramp administrasiyasının sözçüsü deyib ki, Amerika lideri kəşfiyyat məlumatlarının mübadiləsi və Ukrayna qoşunlarının təlimi daxil olmaqla hətta dolayı dəstəyi də dayandırmaq qərarına gələ bilər.
ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş sursat və avadanlıqların tədarükü də yaxın gələcəkdə ləğv edilə bilər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”