Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Suriyanın nəqliyyat naziri Behaeddin Şərim ilə telefon danışığı aparıb.
“İki sahil” xəbər verir ki, görüşdə Suriyanın nəqliyyat və infrastruktur ehtiyacları, xüsusilə Türkiyənin Dəməşq Hava Limanında həyata keçirdiyi abadlıq işləri müzakirə edilib.
Uraloğlu həmkarı Behaeddin Şərimə Suriyada təhlükəsiz və effektiv hava daşımalarının təmin edilməsi üçün aparılan işlər barədə məlumat verib. Türkiyənin texniki qrupu tərəfindən Dəməşq hava limanında həyata keçirilən cihaz quraşdırmaları, naviqasiya və təhlükəsizlik sistemlərinin modernləşdirilməsi kimi mövzular ətraflı müzakirə edilib.
İki nazir Dəməşq və Hələb hava limanlarının bütün uçuşları qəbul edə biləcəkləri səviyyəyə gətirilməsi məsələsi ətrafında məsləhətləşib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”