Volodimir Zelenskinin Ağ Evə səfəri zamanı yaranan qalmaqaldan sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropada təhlükəsizliyi gücləndirmək üçün sürətli siyasi cavab tədbirləri görməyə və Bundestaqı (Almaniya parlamenti) Ukraynaya 3 milyard avro məbləğində əlavə yardımın qarşısını almağa çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə A.Berbok jurnalistlərə bildirib.
"Biz Avropa və milli səviyyədə sürətli şəkildə hərəkət etməliyik", - deyə o qeyd edib.
"Yeni Almaniya hökumətinin formalaşmasını gözləyə bilmərik, çünki vəziyyət ciddidir. Almaniya bu tarixi məqamda liderliyi öz üzərinə götürməlidir", - deyə o bildirib.
Onun sözlərinə görə, bu, keçid dövrünün həftələrində indiki və gələcək Almaniya hökumətləri arasında sıx əməkdaşlıq şəraitində bütün demokratik partiyalar tərəfindən edilməlidir.