Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Tramp və komandasının Ukrayna ilə bağlı strategiyasını başa düşmür.
“İki sahil” xəbər verir ki, bunu Hindistanın NDTV telekanalına müsahibəsində Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasındakı münaqişəni şərh edən Avropa Komissiyasının Müdafiə və Kosmos üzrə nümayəndəsi Andrius Kubilus deyib.
"Bu, başqa ölkənin prezidenti tərəfindən son dərəcə anlaşılmaz və qəbuledilməz bir qəbuldur. Trampın və komandasının strategiya hələ də bizim üçün aydın deyil", - Kubilus bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”