01 mart 2025 23:23
142

Starmer Zelenskiyə vəd verdi

“Siz Böyük Britaniyadan tam dəstək alırsınız, nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Londonun məqsədi Ukrayna üçün suverenlik və təhlükəsizliyə əsaslanan davamlı sülhə nail olmaqdır”.

“İki sahil” xəbər verir ki, bunu Britaniya hökumətinin başçısı Zelenski ilə danışıqlara başlamazdan əvvəl bildirib.

Zelenski isə dəstəyə görə Britaniya xalqına və hökumətinə təşəkkür edib.

Ukrayna lideri həmçinin Böyük Britaniya kralı III Çarlzın görüşə razılıq verməsindən məmnunluğunu ifadə edib.

Böyük Britaniyanın Baş naziri ənənəni pozaraq qonağı nəinki öz iqamətgahının astanasında gözləməklə kifayətlənib, həm də onu qarşılamağa gedib və qucaqlayıb.

"Sky News"un məlumatına görə, Starmer bununla da göstərib ki, Vaşinqtondan fərqli olaraq London Kiyevin tərəfindədir.