Avropa İttifaqı Hindistanla müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq qurmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.
Qeyd olunur ki, tərəflər 2025-ci ilin sonuna qədər azad ticarət sazişi bağlamaq niyyətindədirlər.
“Avropa siyasətçiləri, görünür, belə qənaətə gəliblər ki, qitənin strateji muxtariyyəti onlardan Yeni Dehli ilə münasibətləri nizamlamağı tələb edir”, – deyə, nəşr yazır.
Daha əvvəl Bloomberg Avropa rəsmisinə istinadən xəbər vermişdi ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Hindistanın baş naziri Narendra Modi ilə görüşdə Rusiya əleyhinə sanksiyaların tətbiqi üçün kömək istəyəcək.