Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında martın 4-də Avropanın yenidən silahlanması planını Avropa İttifaqı ölkələrinə təqdim edəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Sabah məktubla üzv ölkələri Avropanın yenidən silahlanması planı barədə məlumatlandıracağam”, - deyə, o, qeyd edib.
Bəzi Avropa ölkələri ittifaqdakı böhran fonunda AK rəhbərinin təsirini artıracağından ehtiyatlanır.
Von der Leyen Kiyevə davamlı silah tədarükünü təmin etmək üçün Avropa hərbi sənaye kompleksinin sürətli inkişafı üçün şərait yaratmaq niyyətini də açıqlayıb.