ABŞ Nümayəndələr Palatasının üzvləri Darin LaHood və Coşh Gottheimer ABŞ-ın 47 qubernatoruna və Vaşinqton merinə məktub yazıblar.
“İki sahil” NBC telekanalına istinadla xəbər verir ki, onları Çin DeepSeek chatbotunu məmurların rəsmi cihazlarında istifadəsini qadağan etməyə çağırıblar.
Konqresmenlərin fikrincə, DeepSeek şəxsi məlumatların məxfiliyini poza bilər və həmçinin potensial olaraq xarici düşmənlərə həssas hökumət məlumatlarına qapı aça bilər.
Həmin konqresmenlər əvvəllər Nümayəndələr Palatasında oxşar qanun layihəsinin hazırlanmasında iştirak ediblər.