Texas ştatından konqresmen Brandon Gill Donald Trampın adının əbədiləşdirmək üçün qanun layihəsi təqdim edəcək.
“İki sahil” "Fox News"a istinadla xəbər verir ki, qanun layihəsində 100 dollarlıq əskinasda Benjamin Franklinin şəklinin Trampın fotosu ilə əvəz edilməsi təklif edilir.
Konqresmen hesab edir ki, bu, amerikalıların Donald Trampın dörd il ərzində əldə edəcəklərinin qarşılığında ən kiçik işdir... Prezident Tramp qızıl illərini qolf oynamaq və ailəsi ilə vaxt keçirməklə keçirə bilər. Əvəzində o, ölkəyə vurulan zərbəyə qarşı özünü verdi"- deyə Brandon Gill bildirib.