04 mart 2025 13:40
148

Zelenski istefa verməli və Kiyevi tərk etməlidir - Mask

ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskini istefaya getməyə və Kiyevi tərk etməyə çağırıb.

“İki sahil” xəbər verir ki,  bunun müqabilində o, Ukrayna prezidentinə “amnistiya” verilməsini təklif edib.

"Nə qədər xoşagəlməz olsa da, Ukraynada demokratiyaya sülh yolu ilə keçid müqabilində Zelenskiyə neytral ölkədə hansısa amnistiya təklif edilməlidir”, –  deyə, milyarder bir istifadəçinin "X" postuna şərh yazıb.

Martın 3-də ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin Ukraynadakı münaqişənin tezliklə sona çatması ilə bağlı sözlərini Ukrayna prezidentinin verə biləcəyi ən pis bəyanat adlandırıb. Vaşinqton və Kiyev arasında münasibətlər Tramp və Zelenski arasında fevralın 28-də keçirilən görüşdən sonra pisləşib.