04 mart 2025 18:52
94

Vuçiç qarşıdurmada xəsarət alan deputata baş çəkib

Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün parlamentdə baş vermiş iğtişaşlar zamanı yaralanan deputat Yasmina Obradoviçə xəstəxanada baş çəkib.

“İki sahil” xəbər verir ki, bu barədə Vuçiç sosial şəbəkə hesabında bildirib.

"Yasmina Obradoviçi ziyarət edirəm. Mən onun gücünə inanıram. Yasmina qalib gəlsə, Serbiya da qalib gələcək!" – o, xəstəxana palatasından şəkil yerləşdirərək yazıb.

Xatırladaq ki, Serbiya parlamentində müxalifət nümayəndələri, hakim koalisiya üzvləri və təhlükəsizlik xidməti əməkdaşları arasında qarşıdurma baş verib. Müxalif deputatlar hökumət əleyhinə plakatlar qaldırıb və pirotexniki vasitələr yandırıblar. Hadisə nəticəsində 3 deputat xəsarət alıb.