Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 9 nəfər həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə yerli polisə istinadən Reuters agentliyi məlumat yayıb.
Hadisə Bannu dairəsində baş verib. Hücumun hədəfi təhlükəsizlik strukturları olub. Polis mənbələri daha 18 nəfərin yaralandığını bildirib.
Əyalət rəhbərliyi terror aktını pisləyib və hadisə yerindəki polis əməkdaşlarının hesabatını gözlədiklərini bildirib.