04 mart 2025 16:21
131

İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb

İran səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“İki sahil” "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bildirib.

O qeyd edib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdüyü iddialar gündəmə gətirilib.