06 mart 2025 14:25
96

İran Rusiyanın ABŞ ilə danışıqlarda Tehranın maraqlarını nəzərə alacağına ümid edir

Rusiya həmişə müttəfiqlərinin mövqeyini nəzərə alır və ABŞ ilə danışıqlarda İranın maraqlarını mütləq nəzərə alacaq.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu fikri İran parlamentinin Milli təhlükəsizlik komitəsinin sədr müavini Abbas Moqtadai “Didban Iran” portalına müsahibəsində bildirib.

"Hazırda İranın istənilən xarici siyasi qarşılıqlı fəaliyyətdə öz müttəfiqlərinin maraqlarını nəzərə alan Rusiya və Çinlə uzunmüddətli strateji tərəfdaşlıq müqavilələri var. Buna görə də Rusiya ABŞ ilə danışıqlarında İranın maraqlarını nəzərə alacaq", - o qeyd edib.