06 mart 2025 15:18
103

Türkiyə Ukraynaya sülhməramlı missiya göndərəcək?

Türkiyə Ukraynaya sülhməramlı missiyanın göndərilməsinə öz töhfəsini müzakirə etməyə hazırdır.

“İki sahil” xəbər verir ki,  bu barədə “Milliyet” qəzeti Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadla yazıb.

"Müxtəlif kütləvi informasiya vasitələrində müzakirə olunan və hələ konseptual çərçivəyə salınmamış missiyaya Ankaranın mümkün töhfəsi regional sabitlik və sülhün təmin edilməsi üçün zəruri hesab edildiyi halda bütün tərəflərlə müzakirə ediləcək", - o bildirib.

Mənbənin sözlərinə görə, nazirlik Türkiyənin digər qurumları ilə birlikdə Ukraynada münaqişəyə son qoyulmasına yönəlmiş diplomatik təşəbbüsləri izləyir.