06 mart 2025 16:15
85

Orban Le Peni Fransanın gələcək prezidenti adlandırdı

Macarıstanın baş naziri Viktor Orban Parisdə Fransa lideri Emmanuel Makronla danışıqlardan sonra Fransa parlamentində sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen ilə də görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə Orban X  sosial şəbəkə hesabında yazıb.

“Fransanın keçmiş və indiki prezidentləri ilə görüşdən sonra gələcək prezidentlə görüşmək çox xoş idi”, - deyə, Orban qeyd edib.

Macarıstanın Baş naziri məlumatlandırıcı söhbətə görə Marin Le Penə təşəkkür edib.