06 mart 2025 15:02
107

FIFA reytinqi: Azərbaycan millisi mövqeyini qoruyub

FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinq cədvəlini yeniləyib.

“İki sahil” futbol qurumunun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan yığmasının da dünya reytinqindəki mövqeyi bəlli olub.

Ötən siyahı ilə müqayisədə sıralamadakı yeri dəyişməyən Azərbaycan millisi (1308.45 xal) 75-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq cədvəlinə ABŞ seçməsi (2069) başçılıq edir.