19 may 2025 17:48
112

"Ayaks"da baş məşqçi istefası

"Ayaks" baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin belə qərar verməsinə səbəb komandanın ölkə çempionu ola bilməməyi, cari mövsümdə 2-ci yeri tutmağıdır.

Tərəflər 2027-ci ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.