Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.
“İki sahil” AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qiymətlər sektorlara görə 2 və 5 manat təşkil edir.
VİP sektoruna biletlərin qiyməti isə 10 manatdır. Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, iyunun 10-da “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Macarıstan qarşılaşması saat 20:00-da start götürəcək.