“Məhz Fransanın Gürcüstandakı səfirinin karlığının, biganəliyinin nəticəsidir ki, bu dəfə İctimai Yayım Xidmətinin jurnalisti nifrət hədəfinə çevrilib. Biz hələ də gözləyirik ki, görək səfir bu dəfə özünü necə aparacaq”.
“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransa tərəfindən gürcü jurnalistin nifrət hədəfinə çevrilməsinə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, məhz səfirin biganəliyi bu dəfə İctimai Yayım Xidmətinin jurnalistini nifrət hədəfinə çevirib: “Bir neçə gün əvvəl Fransanın Gürcüstandakı səfirinin dəstəklədiyi “Safari” qeyri-hökumət təşkilatının rəhbəri Gürcüstanın xarici işlər nazirinin ünvanına analoji təhqiramiz ifadələr işlədib. Sonra mən açıq şəkildə səfirə müraciət etdim ki, mövqeyini aydınlaşdırsın. Səfir bu məsuliyyətdən yayındı. Məhz səfirin biganəliyinin nəticəsidir ki, bu dəfə nifrət hədəfi İctimai Yayım Xidmətinin jurnalistidir. Bu cür ikrah nümayişləri, təbii ki, ayrı-ayrı radikal fəalın zədələnmiş emosional vəziyyətinin ifadəsi deyil. Onun konkret vəzifəsi var - hədəfə alınan jurnalisti qorxutmaq, sıxışdırmaqdır”.
"O, dəstəklədiyi insanı alçaldıcı davranışlardan çəkinməyə çağırır və ya kar olmaqla, yeni bir hörmətsizlik əməlinə təşviq edir".– deyə Şalva Papuaşvili vurğulayıb.