26 mart 2025 21:11
213

Qrenlandiya ABŞ-a beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün lazımdır - Tramp

Qrenlandiya Birləşmiş Ştatlara beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün lazımdır, Vaşinqton onu əldə etməlidir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalist Vins Kolianezeyə müsahibəsində söyləyib.

“Qrenlandiya bizə beynəlxalq təhlükəsizlik üçün lazımdır. O bizə lazımdır. Biz onu əldə etməliyik. Bu, müdafiə və hətta hücum mövqeyi baxımından bizə lazım olan bir adadır, xüsusilə indiki dünyada. Biz ona sahib olmalıyıq. Buna görə də mənə bu barədə danışmaq xoş olmasa da, biz onu əldə etməli olacağıq”, – dövlət başçısı deyib.

Qeyd edək ki, Donald Tramp Danimarkaya Qrenlandiyanı almaq təklifini hələ 2019-cu ildə etmişdi ki, bu da Kopenhagenin kəskin reaksiyasına səbəb olmuşdu

Tramp rəddi “xoşagəlməz” adlandırmış və Danimarkaya planlaşdırılmış səfərini ləğv etmişdi. Qrenlandiyanı almaq ideyası yeni deyil — ABŞ artıq 1946-cı ildə bunu təklif etmişdi, lakin Danimarka hakimiyyəti imtina etmişdi.