28 mart 2025 15:24
225

Ən azı 20 nəfər ölüb - FOTO

Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.

“İki sahil” xəbər verir ki,  dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.

Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər həlak olub.