29 mart 2025 10:25
199

Kanada ABŞ-la münasibətlərinə son qoyur?

İki yaxın müttəfiq olan ABŞ və Kanada arasında münasibətlər sona çatıb.

İki sahil” xəbər verir ki, Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampa etiraz edərək deyib: “Biz ABŞ-ın tarifləri ilə, ABŞ-da maksimum təsirə malik olan ticarət əməliyyatları ilə, Kanadada isə minimum təsirlə mübarizə aparacağıq”.

ABŞ-ın bütün planının Kanadaya sahib olmaq olduğunu deyən Karni, "Mən, Amerika bizə sahib ola bilsin, Kanadanı zəiflətmək, bizi yormaq, bizi parçalamaq cəhdlərini rədd edirəm. Bu heç vaxt baş verməyəcək və bizim bu son tariflərə cavabımız mübarizə aparmaq, qorumaq və qurmaqdır".

Tez-tez, “Kanada bizim 51-ci dövlətimiz olmalıdır”, - deyən ABŞ prezidenti Tramp ABŞ-da istehsal olunmayan avtomobillərə və avtomobil hissələrinə əlavə 25 faiz vergi tətbiq edəcəyini açıqlayıb. Karni bunun ilk növbədə ABŞ iqtisadiyyatına zərər verəcəyini deyib. O, 1965-ci ildə imzalanmış orijinal Kanada-ABŞ Avtomobil Məhsulları Müqaviləsi iki ölkə arasında ən mühüm razılaşma kimi xarakterizə edib və bu müqavilənin sona çatmasının da əlaqələrini bitirdiyini söyləyib: "Biz Trampdan əmr almırıq".

"Kanadada biz müttəfiqlərimizi özümüz seçirik. Həmin müttəfiqlərlə necə əlaqə quracağımızı biz seçirik. Biz suverenik”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”