08 aprel 2025 12:38
217

AFFA azarkeşi vurmağa cəhd edən futbolçunu cəzalandırıb

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

“İki sahil” xəbər verir ki, Misli Premyer Liqasının XXIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə biri şərti olmaqla, 2 oyun cəzalandırılıb, klubu isə 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah”la görüş bitdikdən sonra azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi “Kəpəz”i 1500 manat ziyana salıb.

Bundan başqa, “Araz-Naxçıvan”la qarşılaşmada azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” 1000 manat cərimə ödəyəcək.