10 aprel 2025 22:08
162

Görünüş məsafəsi məhdudlaşacaq

Sabah yağışlı və dumanlı hava şəraiti ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, aprelin 11-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.