11 aprel 2025 12:16
341

Uşaq futbolu, regionlarda futbolun inkişafı, akademiyaların yaradılması üçün küllü miqdarda vəsait lazımdır

Uşaq futbolu, regionlarda futbolun inkişafı, akademiyaların yaradılması üçün küllü miqdarda vəsait lazımdır.

“İki sahil” xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

O, bu məsələdə özəl sektorun da rol oynadığını qabardıb:

"Maliyyə dayanıqlılığı təmin olunmalıdır. Yalnız AFFA-nın, dövlətin vəsaiti hesabına bütün işləri görmək çətin olacaq. Dünyada gəlirin əsas hissəsini özəl sektor təşkil edir".