Çin Sədri Si Cinpin aprelin 14-ü Vyetnama dövlət səfərinə gedib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çin liderinin təyyarəsi yerli vaxtla günorta saatlarında Hanoyda yerə enib.
Daha əvvəl Çin Xarici İşlər Nazirliyindən bldirilimişdi ki, Si Cinpinin Vyetnama səfəri 14-15 aprel tarixlərində baş tutacaq. Daha sonra Çin Sədri aprelin 15-18-də Malayziya və Kambocaya səfər edəcək.