Ekvadorun Milli Seçki Şurası (MSŞ) prezident seçkilərinin ikinci turunda Daniel Noboanı qalib elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə MSŞ-nin sədri Diana Atamaint mətbuat konfransında məlumat verib.
“Atamaint bildirib ki, səsvermə protokollarının 90%-nin emalı nəticəsində artıq dönməz tendensiya müşahidə olunur. Bu əsasla MSŞ, “Milli Demokratik Hərəkat” partiyasının namizədləri – prezidentliyə Daniel Noboa və vitse-prezidentliyə Maria Xose Pintonu qalib elan edir,” – qurumun rəhbəri vurğulayıb.
MSŞ sədrinin sözlərinə görə, nəticələr “xalqın iradəsinin dəqiq əksidir”.
Bununla belə, Noboanın əsas rəqibi Luisa Qonsales seçkilərdə məğlubiyyətini qəbul etməyib və səslərin yenidən sayılmasını tələb edib.
MSŞ tərəfindən protokolların 92,64%-nin emalından sonra açıqlanan nəticələrə əsasən, Noboa 55,88%, Qonsales isə 44,12% səs toplayıb. Namizədlər arasındakı fərq 1,1 milyondan çox səs təşkil edir.