15 aprel 2025 20:41
196

Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək - Ərdoğan

Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib.

O bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb: “Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək”.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə IV Antalya Diplomatiya Forumunda Suriya və Qəzza başda olmaqla regional məsələlərlə bağlı konkret mövqe ortaya qoyub:

“Fələstin xalqının yanında olduğumuzu bütün dünyaya bəyan etdik. Suriyadakı mənafeyimizin qorunması ilə bağlı tərəddüd etməyəcəyimizi təkrar etdik. Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda başa çatması üçün əlimizdən gələni edəcəyimizi diqqətə çatdırdıq”.