Rusiya lideri Vladimir Putin deyib ki, Moskva Balkanlardakı çətin vəziyyətdən xəbərdardır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, bunu Kremldə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Serbiya Patriarxı Porfiri ilə görüşündə deyib.
"Biz bilirik ki, Balkanlarda vəziyyət asan deyil", - deyə, Putin bildirib.
O, həmçinin Serb Patriarxının Serbiyanın mövqeyini gücləndirmək üçün göstərdiyi səyləri qeyd edib.