23 aprel 2025 08:59
144

Azərbaycan kubokunda finalçılar müəyyənləşir

Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək.

“İki sahil” xəbər verir ki, bu, yarımfinalın cavab matçlarından sonra bəlli olacaq.

Səfərdə keçirilən ilk oyunda "Araz-Naxçvan"a uduzan (0:1) "Qarabağ" bu dəfə rəqibi ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq.

Digər oyunda isə "Neftçi" "Sabah"ın qonağı olacaq. "Neftçi"nin meydanında keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn "Sabah"ın bir qədər üstünlüyü var.

Azərbaycan kuboku,

yarımfinalın cavab oyunu

23 aprel (çərşənbə)

17:00.“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabar
Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 0:1
 

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: 
İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
“Bank Respublika Arena”

İlk oyun - 2:1